RU

Qulaq ağrısı meningitə səbəb ola bilər – mütəxəssis xəbərdarlığı

Həkim xəbərdarlıq edib ki, uşaqda qulaq ağrısı təcili xəstəxanaya yerləşdirilməni tələb edə bilər

E-saglam.az xəbər verir ki, "SM-Klinika"nın pediatrik otorinolarinqoloqu Əlihüseyn Əliyev uşaqlarda qulaq ağrısının təhlükəli vəziyyətlərə işarə edə biləcəyini bildirib. Onun sözlərinə görə, ən çox rast gəlinən səbəb orta qulaq iltihabıdır. Bu, xarici, orta və daxili qulaqları təsir edə bilən iltihabi prosesdir.

Əliyevin sözlərinə görə, xarici otit zamanı xəstəliyin təhlükəli əlamətləri bunlardır:

qulaq kanalında şiddətli qızartı və şişkinlik,

güclü ağrı,

çeynəmə və danışarkən ağrının artması,

qulaq seyvanına basıldıqda ağrı.

Bu halda damcılar şişkinlik səbəbindən qulaq kanalına çatmadığı üçün ev şəraitində müalicə nəticəsiz olur.

İrinli orta qulaq iltihabı – ən təhlükəli forma sayılır:

Mütəxəssis qeyd edib ki, qulaq ağrısının digər səbəbi orta qulaq iltihabı ola bilər. Ən ağır forma isə irinli otitdir. Bu zaman:

əvvəlcə şiddətli ağrı və 38°C-dən yuxarı qızdırma yaranır,

daha sonra qulaqdan irin axmağa başlayır,

irin axdıqda ağrı azalsa da, bu, xəstəliyin irəlilədiyini göstərir.

Əliyev bildirib ki, irinli axıntının artması uşağın təcili xəstəxanaya yerləşdirilməsini tələb edir. Əks halda, ağır fəsadlara səbəb ola bilər:

Həkimin sözlərinə görə, qulaq pərdəsinin arxasında yerləşən timpanik boşluq irinlə dolduqda iltihab beyinə yayıla bilər və meningit kimi həyati təhlükə yaradan ağır fəsadlara səbəb ola bilər.

Həkimdən valideynlərə çağırış:

“Otitin ilk əlamətlərində mütləq qulaq-burun-boğaz həkiminə müraciət edin. Əgər uşağın vəziyyəti pisləşirsə və vaxtında mütəxəssisə çatmaq mümkün olmursa, təcili yardım çağırın və hospitalizasiya tələb edin”, – deyə Əlihüseyn Əliyev xəbərdarlıq edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
9
e-saglam.az

1Источники