RU

Dünyanın ən hündür körpüsü istifadəyə HAZIRDIR

Yazını böyüt
Yazını kiçilt

Çinin Quycou əyalətində inşa edilmiş dünyanın ən hündür körpüsü sentyabrın 28-də istifadəyə veriləcək.

Hafta.az xəbər verir ki, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Bu, Eyfel qülləsinin hündürlüyündən 2 dəfə çoxdur.

Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür. Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirən körpünün tikintisinə 2022-ci ildə başlanılıb. Bu yaxınlarda inşası başa çatan körpüdə müvafiq texniki sınaqlar keçirilib.

Qeyd edək ki, hazırda istifadədə olan ən hündür körpü də Çində, Quycou əyalətində Beypan çayının üzərindəki başqa körpüdür. Ginnesin Rekordlar Kitabına düşən “Beypancian” körpüsü çaydan 565,4 metr yüksəklikdə yerləşir.

Избранный
8
5
hafta.az

6Источники