RU

Səhiyyə naziri: Mərhələli şəkildə digər tibb müəssisələrində də robotik cərrahiyyə üsulunun tətbiqi nəzərdə tutulur

Bakı, 25 sentyabr, Günel Türksoy, AZƏRTAC

Milli Onkologiya Mərkəzində ölkə səhiyyəsində növbəti mühüm bir ilkə imza atılıb. Müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir. Bu gün yüksək standartlara cavab verən əməliyyatxanada ən müasir avadanlıqla icra olunan bir əməliyyat prosesinin şahidi olduq. Bu münasibətlə başda akademik Cəmil Əliyev olmaqla Milli Onkologiya Mərkəzinin kollektivini ölkəmizin səhiyyəsi üçün atılan böyük addım münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda səhiyyə sahəsinə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində ən yüksək texnologiyalı müalicə üsullarının ölkə vətəndaşları üçün tətbiqi mümkün olub: “İnsan faktoru daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının sağlamlığı, onun sosial rifahı dayanır. Bu baxımdan da bugünkü əməliyyat yeniliyə doğru atılan bir addımdır. Bundan sonra belə diaqnoz qoyulan ölkə vətəndaşlarımız demək olar ki, dünyada qabaqcıl texnologiya, ən müasir müalicə üsulu olan bu kimi əməliyyatların tətbiqi nəticəsində öz sağlamlıqlarına çox qısa bir müddətdə qovuşa biləcəklər”.

Teymur Musayev qeyd edib ki, robotik cərrahiyyə müasir tibbin ən yüksək texnologiya tətbiq edilən bir sahəsidir: "Təbii ki, bu sahədə milli kadrların hazırlanması böyük əhəmiyyət kəsb edir. Biz əminik ki, Milli Onkologiya Mərkəzi artıq bu sahədə mütəxəssislərin hazırlanmasının ocağına çevriləcək. Yeri gəlmişkən, qeyd edim ki, mərhələli şəkildə digər tibb müəssisələrində də bu üsulun tətbiqi nəzərdə tutulur”.

Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatlarının keçirilməsi ilə bağlı hazırlanan materialla daha ətraflı linkdə tanış ola bilərsiniz.

Избранный
38
1
azertag.az

2Источники