RU

Adil Əliyev vətəndaşların şikayət və təkliflərini dinlədi - FOTOLAR

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 89 saylı tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin, 281 saylı tam orta məktəbdə isə Hövsan qəsəbəsinin sakinləri ilə səyyar görüşlər keçirib.

"Unikal" xəbər verir ki, görüşlərdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ölkəmizin bütün bölgələrində, o cümlədən, Suraxanı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlər, o cümlədən həyata keçirilən abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat vermiş və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etmişdir.

A.Əliyev səyyar qəbullarda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, bəzi yerlərdə su, kanalizasiya təchizatında yaranmış problemlərin aradan qaldırılması, küçələrin işıqlandırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və nəzarətdə saxlanılması ilə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Избранный
6
36
unikal.az

10Источники