RU

Mobil telefonlar üzdə səpkilər yaradır


Smartfonlargündəlik həyatın ayrılmaz hissəsi olub, gənclərin əlindən demək olar düşmür, lakin az adam onların səthində çoxlu sayda bakteriya, virus və hətta helmintlərin, parazitlərin “qaynamasından” xəbərsizdir.



“Medicina” xəbər verir ki, infeksion xəstəliklər üzrə mütəxəssis Vera Serejina bu barədə danışıb.



Serejin qeyd edib ki, uzun müddətlisöhbətlər zamanı telefona nəfəs aldığımız zaman telefon qabının səthindəki mikroorqanizmlər aktiv şəkildə çoxalır və üz dərisi ilə təmasda olub, iltihab və sızanaq riskini artırır.


"Telefonu, korpusu və ekran qoruyucunu gündə ən azı bir dəfə antiseptik salfet və ya digər dezinfeksiyaedici vasitə ilə silmək vacibdir. Bu, çətin əldə edilən hissələrə də aiddir: düymələr, açılışlar və korpusun kənarları. Telefon korpusunun özünü təxminən üç aydan bir dəyişmək tövsiyə olunur”.


Ümumiyyətlə, smartfonlara əl vurduqdan sonra əlləri də yumaq lazımdır.


Aygün Musayeva



Избранный
10
2
medicina.az

3Источники