RU

117 yaşlı qadının uzunömürlülük sirri GÖRÜN NƏ İMİŞ?!

Dünyanın ən qoca sakinlərindən sayılan və 117 yaşında vəfat edən Maria Branyasın uzunömürlülük sirri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, 2024-cü ildə gözlərini əbədi yuman dünyanın ən yaşlı insanlarından Maria Branyasın DNA-sı üzərində aparılan araşdırmalar onun uzunömürlülüyünün genetik və həyat tərzi faktorları ilə bağlı olduğunu göstərib.

Mütəxəssislər Branyasın genomunda immun sistemi gücləndirən, ürək və beyin sağlamlığını dəstəkləyən nadir genetik variantlar müəyyən ediblər. Onun iltihab səviyyələrinin aşağı olması, sağlam kardiyovaskulyar sistemi və balanslı bağırsaq mikrobiyomu da uzun ömrünə töhfə verib. Dominos pizza

Alimlər həmçinin Branyasın sosial, zehni və fiziki aktivliyi, eləcə də Aralıq dənizi tipli qidalanmasının genetik üstünlüklərlə birlikdə uzunömürlülükdə həlledici rol oynadığını bildiriblər.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
7
yenisabah.az

1Источники