RU

Mərkəzi Bank ev təsərrüfatları ilə bağlı sorğuları rəqəmsal formada keçirməyə başlayır

Azərbaycan Mərkəzi Bankı ev təsərrüfatları ilə bağlı sorğuları rəqəmsal platforma üzərindən həyata keçirməyə başlayır.

Bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bununla bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bu sorğular 2013-cü ildən kənar şirkətlər vasitəsilə aparılırdı. İndi isə bunu AMB özünün rəqəmsal platforması vasitəsilə həyata keçirəcək.

Sorğular Avropa Komissiyasının “Biznes və istehlakçı sorğuları” proqramı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “İşgüzar fəallıq və istehlakçı sorğuları”nın metodologiyası əsasında hazırlanıb.

Qeyd edilib ki, sorğular ev təsərrüfatlarının ümumi iqtisadi vəziyyəti, gələcəklə bağlı gözləntiləri, borc yükü və ödəmə imkanları və digər məsələləri əhatə edəcək.

Vətəndaşlar Mərkəzi Bankın elektron xidmətlər portalına daxil olmaqla sorğularda iştirak edə biləcək.

 

Mənbə APA

Избранный
8
5
banker.az

6Источники