RU

“Aztelecom”un sabiq direktorunun oğlunun ifadə verdiyi məhkəmə qapalı keçirilib

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə “Aztelecom” MMC-nin sabiq direktorunun oğlu Babək Məmmədzadə iştirak edib.

Onun vəkili vəsatət verərək Babək Məmmədzadənin ifadəsi alınarkən onun gəlirini haradan əldə etməsi ilə bağlı suallar veriləcəyini və bunun da kommersiya sirri təşkil edə biləcəyini bildirirək hazırki prosesin qapalı keçiriliməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili Samir İsayev vəsatətə etiraz edərək Babək Məmmədzadənin gəliri ilə bağlı məsələlərin kommersiya sirri təşkil etmədiyini söyləyib.

Nizami Alışan da vəsatətə etiraz edib: "Bugünədək proseslər mətbuatda işıqlandırılıb və məhkəmədə nə baş veribsə hamısı dəqiq yazılıb. Ona görə qapalı keçirilməsinə etiraz edirəm".

Məhkəmənin qərarı ilə vəsatət təmin edilib və Babək Məmmədzadənin yenidən dindiriliydiyi proses qapalı keçirilib.

Növnəti proses oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Избранный
9
10
apa.az

10Источники