RU

Azərbaycanda zərərsizləşdirilən mina və kasetli silahların siyahısı açıqlanıb

Minatəmizləmə əməliyyatları zamanı 10.11.2020 - 31.07.2025 tarixlərində işğaldan azad edilmiş Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT "Beynəlxalq Avrasiya Mətbuat Fondu" (BAMF) tərəfindən 218 262 hektar ərazi minalardan və PHS-dən təmizlənib.

Olaylar.az xəbər verir ki, əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla yanaşı Şuşa və Xankəndi düşərgələrindən idarə olunub.

2025-ci il əvvəlindən 31 iyul tarixinədək olan dövr ərzində Ağdamda 45 ədəd, Ağdərədə 6 ədəd, Füzulidə 182 ədəd, Cəbrayılda 429 ədəd, Xocavənd rayonunda isə 3 ədəd olmaqla cəmi 662 ədəd kasetli sursat aşkar edilərək zərərsizləşdirilib.

2024-cü il ərzində 3 154 ədəd kasetli sursat aşkar edilərək zərərsizləşdirilib.

2005-2020-ci illərdə Azərbaycan hökümətinin NATO/NAMSA layihəsi çərçivəsində Saloğluda (Ağstafa) olmuş hərbi bazanın və yeraltı anbarların, Ceyrançöl və Samuxdakı hərbi poliqonların təmizlənməsi zamanı 284 592 ədəd sursat, o cümlədən kasetli sursatlar zərərsizləşdirilib.

Belə ki, zərərsizləşdirilmiş sursatların siyahısı aşağıdakı kimidir:



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
32
olaylar.az

1Источники