RU

Paytaxtın Binəqədi, Sabunçu, Xəzər və Abşeron rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8 min 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E. Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Xəzər rayonunda isə iri və xırdabuynuzlu mal-qara oğurlanıb. Rayon sakini polisə müraciət edərək 17 min manat dəyərində mal-qarasının həyətindən oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.

Bundan başqa, Abşeron rayonunda mağazaların birindən 1616 manatlıq tütün məmulatını talamaqda şübhəli bilinən X.Qasımov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
9
29
sia.az

10Источники