RU

İt saxlayanlar vergi ödəyəcək – Bu ölkədə

İtaliyanın şimalındakı Bolzano şəhərində 2026-cı ildən etibarən turistlər özləri ilə gətirdiyi itlər üçün gündəlik 1,5 avro vergi ödəyəcəklər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar turizmin yaratdığı təzyiqi azaltmaq, küçələrin təmizliyini təmin etmək və yeni it parklarının maliyyələşdirilməsini hədəfləyir.

Qaydalara görə, şəhərdə yaşayan it sahibləri hər il 100 avro vergi ödəyəcək, turistlərdən isə gündə təxminən 2 dollar alınacaq.

Qərarı həyata keçirən Bolzano Əyalət Məclisi üzvü Luis Valxer yeni tətbiqlə bağlı açıqlamasında belə deyib:

“Bu, ədalətli bir tədbirdir, çünki yalnız it sahiblərini maraqlandırır. Əks halda, səkilərin təmizliyi bütün cəmiyyətin üzərinə düşərdi. Halbuki küçələrimizdəki yeganə çirklilik it nəcisləridir”.


Избранный
73
2
news24.az

3Источники