RU

Komissiya sədri: Sərhədlərimizi pozan Rusiya təyyarəsinin vurulması nəzərdən keçirilir

Komissiya

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen NATO hava məkanına daxil olan Rusiya qırıcılarının vurulmasının gündəmdə olduğunu deyib.

Reyting.az
xəbər verir ki, komissiya sədri bunu CNN telekanalında bildirib.

“Biz ərazinin hər santimetrini müdafiə etməliyik və bu o deməkdir ki, hava məkanına müdaxilə halında xəbərdarlıqdan və aydın xəbərdarlıqdan sonra, təbii ki, hava məkanımıza daxil olan qırıcı təyyarənin vurulması variantı nəzərdən keçirilir”, - deyə Lyayen əlavə edib.

Bu arada ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı bəyan edib ki, NATO ölkələri onların hava məkanına daxil olan Rusiya təyyarələrini vurmalıdır.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də öz növbəsində Trampın şərhinə “başa düşülən şəkildə” cavab verib.

“Lyayen və Trampın bəyanatları NATO ölkələrinin son həftələrdə Rusiya pilotsuz təyyarələri və təyyarələrinin hava məkanına müdaxiləsi ilə üzləşdiyi bir vaxta təsadüf edir. Polşa hərbçiləri NATO müttəfiqlərinin köməyi ilə ölkənin hava məkanını pozan bir neçə rus pilotsuz təyyarəsini vurub”,- media xatırladıb.

Lakin Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ölkəni NATO-nun 4-cü maddəsinə müraciətə sövq edib.

Bununla yanaşı, Lyayen əlavə edib ki, Rusiya Avropanı bütün cəbhələrdə sınağa çəkir.

NATO Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis bəyan edib ki, Putin NATO səmasında etdiyi təxribatlarla üç məqsəd güdür:

“Alyansın cavab tədbirləri ilə bağlı taktiki fikir əldə etmək, hazırda Ukraynanı müdafiə edən mövcud təyyarələrin və sensorların sayını azaltmaq və Rusiya təyyarələrinə nə qədər aqressiv cavab verməklə bağlı Alyans daxilində nifaq salmaq”.

ELÇİN
Избранный
9
1
reyting.az

2Источники