RU

AFFA “Sabah“, “Qarabağ“ və “Araz-Naxçıvan“ klublarını cərimələdi

AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.

XəzərNews.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Naxçıvan təmsilçisi 500 manat ziyana düşüb. Buna futbolçu Slavik Alxasovun Misli Premyer Liqasının V turunda "Qarabağ"la matçda ikinsi sarıdan qırmızı vərəqə alması səbəb olub. Oyunçu bir oyunluq cəza alıb.

Ağdam təmsilçisi 5000 manat ödəməli olacaq. Komandanın azarkeşləri sözügedən qarşılaşmada rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib.

"Sabah" isə 2000 manat cərimələnib. "Turan Tovuz"la görüş zamanı Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəlməsi paytaxt təmsilçisini ziyana salıb.

Xəbər 6 dəfə oxunub.
Избранный
14
18
xezernews.az

10Источники