Amerika əsilli rusiyalı bloger Patrik Lankaster Rusiyadan quru sərhədlə Gürcüstana daxil olmaq istəyib, lakin onun girişinə icazə verilməyib.
Axar.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə bildirib.
“Mənə Gürcüstana giriş qadağan edildi. Rəsmi olaraq. Dörd saat onların qərarını gözlədik, lakin onlar bizə imtina verdilər. Səbəb göstərilməyib, amma aydındır ki, bu söz və mətbuat azadlığının pozulmasıdır. Jurnalist işlədiyim üçün məni qəbul etmədilər”, - o bildirib.
O, reportaj hazırlamağa kömək edən arvadı Nadejda ilə quru yolu ilə Rusiya-Gürcüstan sərhədinə gəlib. Onların məqsədi Gürcüstan və Ermənistandakı vəziyyəti işıqlandırmaq olub:
“Biz Tiflisdəki vəziyyəti görməyi və ola bilsin ki, reportaj hazırlamağı planlaşdırırdıq. Sonra Ermənistana gedəcəkdik. Nadyanı buraxmağa razı oldular, amma mənsiz. o isə mənsiz getməyəcək”.