RU

Prorektor: Azərbaycan-Birləşmiş Krallıq tərəfdaşlığı daha da dərinləşəcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun məqsədi dəyişən dünyada ikitərəfli münasibətləri müzakirə etməkdir. Burada, sadəcə, siyasət deyil, eyni zamanda, iqtisadiyyat, energetika, texnologiya, təhsil və digər sahələrdə gələcək hədəflər müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.

O qeyd edib ki, dünyanın dəyişdiyi artıq hər kəs üçün məlumdur: “Hazırda auditoriyamızda müxtəlif sahələri təmsil edən iştirakçı və mütəxəssislər var. Bu səbəbdən ümid edirəm ki, iki gün davam edəcək dialoqda ikitərəfli tərəfdaşlıqlar da inkişaf edəcək”.

Prorektor sonda Azərbaycan-Birləşmiş Krallıq tərəfdaşlığını yüksək qiymətləndirib və gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Избранный
12
3
azertag.az

4Источники