RU

Azərbaycanda ilk dəfə robotun assistentliyi ilə əməliyyat keçirildi – Fotolar


Azərbaycanda ilk dəfə robot-assistentli laparoskopik əməliyyat uğurla həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, əməliyyat Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş tutub.
“Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.
İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib”, - Nazirliyin məlumatında deyilir.



Избранный
26
5
yeniavaz.com

9Источники