Artan sərnişin tələbatını qarşılamaq üçün 29 sentyabrdan başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.
Bundan əlavə, sərnişinlər Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilər.
“Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - məlumatda qeyd olunur.