RU

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək - CƏDVƏL

Artan sərnişin tələbatını qarşılamaq üçün 29 sentyabrdan başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.

Bundan əlavə, sərnişinlər Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilər.

“Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - məlumatda qeyd olunur.

Избранный
18
39
operativmm.az

10Источники