RU

İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi obyektlərini vurdu

BAKI, 25 sentyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında HƏMAS-ın 170 hərbi obyektinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İsrail quru qoşunları Qəzza şəhərində əməliyyatları gücləndirib.

“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 170 hədəfə zərbə endirib”, - qurum qeyd edib.

Mətbuat xidməti əlavə edib ki, vurulan hədəflər arasında hərbi obyektlər, silah anbarları və terror infrastrukturu var.

Избранный
17
teleqraf.com

1Источники