RU

Azərbaycanda bahalı və ucuz həyat mübahisəsi - Kəramət Böyükçöldən maraqlı status

Azərbaycanda həm bahalı, həm də ucuz həyat var. Bu fərqlər restoranlardan tutmuş otellərə, çayxanalardan taksilərə qədər hiss olunur.

Yazıçı Kəramət Böyükçöl bu mövzuya sosial şəbəkədə diqqət çəkib.

O, paylaşımında komfort və ekonom taksiləri müqayisə edib:

“Konfort taksidə sürücü mədəni davranır, maşın səliqəli olur, yol boyu sərnişinə hörmətlə yanaşır. Amma ucuz taksidə bəzən maşının vəziyyəti, sürücünün davranışı, hətta ünsiyyət tərzi insanı narahat edir. Bu fərqlər sadəcə maddi imkanlarla yox, düşüncə ilə bağlıdır”, – Böyükçöl qeyd edib.

Onun sözlərinə görə, kasıblıq və varlılıq təkcə cibdəki pulla deyil, düşüncə tərzi ilə ölçülür:
“Milyonları olub mədəniyyətsiz davranan insanlar da var. Eynilə, cibində heç nə olmayan, amma davranışı ilə fərqlənənlər də.”

Yazıçı bildirib ki, söhbət bütün ekonom və ya komfort sürücülərinə aid deyil, amma cəmiyyətin müxtəlif təbəqələrində davranış fərqləri aydın görünür.

Paylaşım sosial şəbəkədə müzakirələrə səbəb olub.

Избранный
19
news365.az

1Источники