RU

Tarixi zəfər: 27 sentyabrın Azərbaycanın taleyinə təsiri - ÖZƏL

" 27 sentyabrda başlayan əks-hücum əməliyyatı  Azərbaycan tarixində, Qarabağ tarixində, ümumiyyətlə regionun tarixi taleyində, ictimai-siyasi proseslərdə və dünyanın geosiyasi proseslərində böyük təsir göstərmiş mühüm bir hadisədir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib:
"Biz bu məsələləri 30 il səbrlə izlədik və hər zaman ədalətli nəticənin əldə olunmasını gözlədik. Təəssüf ki, Ermənistan bu müddət ərzində işğal və digər münaqişə məsələlərində eyni səhvləri davam etdirdi. Dünya da onlara müəyyən dəstək göstərdi.  Buna görə də Azərbaycan öz milli maraqlarını qoruyaraq və tarixi ədaləti bərpa etmək məqsədilə əməliyyatları özü həyata keçirdi.
27 sentyabrdan başlayan və 44 gün davam edən əməliyyat zamanı yalnız erməni hərbi qüvvələri və strateji hədəflər məhv edildi, nəticədə  Azərbaycan böyük qələbə qazandı. Bu qələbə regionun siyasi balansına və geosiyasi proseslərə əhəmiyyətli təsir göstərdi. Artıq regionda və dünyada yeni bir reallıq meydana gəldi. Bu reallıq Azərbaycanın reallığıdır, Azərbaycanın əldə etdiyi zəfərin yaratdığı nəticədir. Bu, Azərbaycanın Qarabağı azad etməsinin və öz gücü ilə tarixi ədaləti bərpa etməsinin təsdiqidir. Təbii ki, bundan sonra Ermənistanla sülh sazişinin imzalanması məsələsi gündəmdədir. Artıq saziş paraflanıb və imzalanmasına doğru sürətlə irəliləyir. 27 sentyabrdan başlayan bu prosesdə qələbəni təmin edən lider İlham Əliyev indi də sülhün təmin olunması və regionun davamlı sabitliyinin qorunması üçün ciddi şəkildə çalışır. Azərbaycanın uğurları artıq Vaşinqtondan bütün dünyaya təsir edir. Baş verən dəyişikliklər və gedən proseslər göstərir ki, biz necə müharibəni uğurla nəticələndirdiksə, sülh prosesini və sazişin imzalanmasını da eyni uğurla gerçəkləşdirəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
olaylar.az

1Источники