RU

Tiflisdə ŞOK OLAY: Azərbaycanlını silahla hədələdilər – “Gürcü dilində danış, yoxsa ölkədən qovulacaqsan!”

Tiflisin mərkəzində ksenofobik insident baş verib. 

Musavat.com xəbər verir ki, paytaxtda yerləşən şaurma dükanında silahlı şəxs Bolnisi rayonundan olan azərbaycanlıya hücum edərək ondan gürcü dilində danışmağı tələb edib.

Məlumata görə, həmin şəxs azərbaycanlını ölkədən qovmaqla da hədələyib.

Hadisənin görüntülərini Tiflisdə yaşayan Azərbaycan kökənli ictimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə yayıb.

Samirə Bayramova

Kadrlarda təxribatçı şəxsin zərərçəkənə belə dediyi aydın eşidilir: “Niyə mənimlə gürcü dilində danışa bilmirsən? Səni bu ölkədən qovacağam, vətəninə qayıt”.

Görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Qeyd edək ki, bu, son günlər Gürcüstanda qeydə alınan etnik dözümsüzlük hallarından biridir. Bir neçə gün əvvəl Marneulidə gürcü dilini bilmədiyi üçün yeniyetmə azərbaycanlının döyülməsi ilə bağlı məlumat yayılmışdı. Hazırda hər iki fakt üzrə hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Musavat.com

Избранный
6
1
musavat.com

3Источники