RU

Qəzzada vəziyyət ağırlaşır - Ölənlərin sayı artıb

İsrailin Qəzzaya endirdiyi son hava zərbələri nəticəsində ölənlərin sayı 73-ə yüksəlib.

News365.az xəbər verir ki, WAFA agentliyinin məlumatına görə, həlak olanların arasında qadın və uşaqlar da var. Onlarla yaralı xəstəxanalara yerləşdirilib.

Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, 2023-cü ilin 7 oktyabrından bu günə qədər bölgədə ümumilikdə 65 min 419 nəfər həlak olub, 167 min 160 nəfər isə yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Qəzzada ən azı 15 min 600 nəfərin təcili tibbi evakuasiyaya ehtiyacı var.

Bölgədə humanitar böhran dərinləşməkdə davam edir.

News365.az

Избранный
3
news365.az

1Источники