RU

Adnan Əhmədzadənin həyat yoldaşının bu suala cavabı: “İş axtarar və sevinərəm...”

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərovanın iki suala maraqlı cavabları yayılıb.

Musavat.com xəbər verir ki, o, öz “Instagram” səhifəsində tətbiqin “sual-cavab” funksiyasından istifadə edərək həyatla bağlı baxışlarını və şəxsi düşüncələrini bölüşüb.

G.Cəfərovanın cavabları onların yayıldığı iyul və avqust aylarında diqqətləri o qədər cəlb etməsə də, indi onlara başqa baxışla yanaşmaq mümkündür.

Nə var bu suallarda və cavablarda?

İzləyicilərdən birinin “1 günlük pulsuz qalsanız nə edərdiniz?” sualına Gülsəfa Cəfərova belə cavab verib:

“Allaha dua edərəm, iş axtarar və sevinərəm”.



Başqa bir izləyici isə ondan uğurun sirri barədə soruşub:
“Sizcə uğurun sirri nədədir? Şans, alın yazısı, yoxsa çox çalışmaq?”

Gülsəfa Cəfərova bu suala da maraqlı cavab verir: “Çox çalışmaq və riskli olmaq. Hər şeyi dəyişmək olar bu həyatda, əsas inam və çalışmaqdır”.

Həyatında heç zaman çətinlik görməmiş və Adnan Əhmədzadənin korrupsiya pullarını sağa-sola xərcləməkdən başqa heç bir iş bilməyən bu gənc qadının bu cür cavabları indidən baxanda çox ibrətamiz görünür. İfrat harın, təmtəraqlı həyat yaşayan, sadə insanları qıcıqlandıracaq dərəcədə şit hərəkət edən bu ailə zəhmətdən, çalışmaqdan danışır və bu, olduqca gülməli çıxır. Azərbaycandan oğurladıqları pullarla zəngin həyat sürən xanım pulsuz qalsa, sevinəcəyini, iş axtaracağını da xüsusi əda ilə yazır. Təbii, bu da absurddur.

Musavat.com ötən ay yaşanmış bu sorğu sualı verməklə, bu cür harın və zənginlərə mesaj vermiş olur. Nə olacağını bir Allah bilir. Onu yaddan çıxartmayın.

Musavat.com

Избранный
6
2
musavat.com

3Источники