"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Kopenhagen"ə qarşı oyununun biletləri bu gün satışa çıxarılacaq.
"Bakuinfo" xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq.
Məlumata görə, oktyabrın 1-i saat 20:45-də start götürəcək "Qarabağ" - "Kopenhagen" oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib. Tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP