RU

Netanyahunun ABŞ səfəri kabusa çevrildi – Fransa hava məkanına buraxmadı

İsrail Baş naziri Benyamin Netanyahu  Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində çıxardığı həbs qərarına görə ABŞ-yə səfərində gözlənilməz çətinliklərlə üzləşib.

Belə ki, Tel-Əvivdən havaya qalxan rəsmi hökumət təyyarəsi Fransa hava məkanına daxil ola bilməyib. Netanyahu yalnız Yunanıstan və İtaliya üzərindən keçərək Nyu-Yorka istiqamət götürüb.

İsrail mediasının yazdığına görə, marşrutun dəyişdirilməsi uçuş müddətini artırmaqla yanaşı, heyətdə də ixtisarlara səbəb olub. Rəsmi izahda “yanacaq qənaəti” göstərilsə də, təyyarəyə jurnalistlər və bəzi yüksəkvəzifəli şəxslər buraxılmayıb.

Diplomatik kuluarlarda bunun əsl səbəbinin BCM-in Netanyahu haqqında çıxardığı qərarlar olduğu deyilir.

“AzPolitika.info”

Избранный
3
1
7times.az

2Источники