RU

Binəqədi və Sabunçuda qızıl oğurlayan şəxslər saxlandı


Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Bildirilir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Избранный
5
29
baki-xeber.com

10Источники