RU

Binədə həyatı HEÇƏ SAYAN SÜRÜCÜLƏR: Hətta avtobus da əks yola keçməyə çalışır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Bakının Xəzər rayonu Binə qəsəbəsində sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozublar.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntü paylaşılıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd olunub ki, şəhərdən qəsəbə istiqamətinə gələn əsas yolda sürücülər kütləvi şəkildə yolun əks istiqaməti ilə hərəkət edərək, öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarının həyatını da təhlükəyə atıblar. Buna səbəb kimi isə yolun tıxac olduğu göstərilib.

Binə sakinləri bildiriblər ki, ümumilikdə, qəsəbə ərazisində sürücülər avtomobillərini çox təhlükəli idarə edirlər. Yol nişanlarının tələblərinə əməl edən çox az sürücüyə rast gəlmək olar. Hərəkət nizamlanmadığı və nəzarət edilmədiyi üçün qəsəbənin əsas yolu hesab olunan Əli İsazadə küçəsində tez-tez yol-nəqliyyat hadisələri baş verir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
oxu.az

1Источники