RU

Bakıya qanunsuz yolla “iPhone” gətirmək istəyən şəxs saxlanılıb

Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

“Bakuinfo” xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “Apple” markalı qələm, 8 ədəd “Apple” markalı qulaqlıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Dövlət Gömrük Komitəsi bir daha səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
3
9
bakuinfo.net

10Источники