Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayevin sentyabrın 26-da Gədəbəy şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.
Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərinin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.