RU

Zelenski müharibə bitən kimi vəzifədən gedəcək “Məqsədim müharibəni bitirməkdir, seçkidə namizəd olmaq deyil”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Volodimir Zelenski müharibə bitəndən sonra Ukrayna Prezidenti kürsüsündə qalmaq fikrində deyil.

“AzPoliotika” xəbər verir ki, “The Axios Show” verilişində açıqlama verən Zelenski bəyan edib ki, müharibə bitdikdən sonra ölkəni idarə etmək planları yoxdur.

Hazırkı dövlət başçısı atəşkəs əldə olunarsa, Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib.

Müharibə bitdikdən sonra işini bitmiş hesab edib-etməyəcəyini soruşduqda, Zelenski istefa verməyə hazır olacağını bildirib: “Məqsədim müharibəni bitirməkdir, seçkidə namizəd olmağı davam etdirmək deyil”.

Ukrayna liderinin sözlərinə görə, təhlükəsizlik vəziyyəti və ölkə konstitusiyası müəyyən problemlər yaradır, lakin o, seçkilərin mümkünlüyünə inanır.

Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı atəşkəs əldə olunarsa, “biz bu müddətdən istifadə edə bilərik və mən parlamentə belə bir siqnal verə bilərəm” deyib.

Ukrayna Prezidenti vurğulayıb ki, o, başa düşür ki, insanlar "yeni mandata malik lider"in uzunmüddətli sülhə nail olmaq üçün vacib qərarlar qəbul etməsini istəyə bilər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
2
azpolitika.info

3Источники