RU

Millimizin sabiq üzvləri məşqçilik kursunda - FOTOLAR

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də keçiriləcək.

Qeyd edək ki, kursda Azərbaycan milli komandasının sabiq üzvləri Maksim Medvedev, Elvin Məmmədov, Ağabala Ramazanov, Rail Məlikov, Vüqar Nadirov, Rəşad Eyyubov, Rasim Ramaldanov və Rauf Əliyev də iştirak edir.

saytlarin hazirlanmasi

Избранный
5
4
sportal.az

5Источники