RU

Azərbaycan xaricə 28 milyon dollarlıq kartof satıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2025-ci ilin yanvar-avqust aylarında 28 milyon 195 min dollar dəyərində 70 min 916 ton kartof ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 37,7% və ya 7 milyon 725 min dollar, miqdar baxımından isə 22 min 682 ton və ya 47% çoxdur. 

2024-cü ilin yanvar-avqust aylarında ixrac edilən kartofun miqdarı 48,2 min tona, dəyəri isə 20,5 milyon dollara bərabər idi. 

Qeyd edək ki, yanvar-avqust aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0,17%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 1,18%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
21
1
banco.az

2Источники