Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə cavab verib.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Medvedev Rusiyanın Ukraynaya qarşı bomba sığınacağının qoruya bilməyəcəyi silahlardan istifadə edə biləcəyi ilə hədələyib.
“Amerikalılar bunu yadda saxlamalıdırlar”, - rusiyalı siyasətçi vurğulayıb.
Qeyd edək ki, Zelenski ABŞ-da müsahibəsində rusiyalılara xitabən “Onlar müharibəni dayandırmalı və ya bomba sığınacaqları axtarmalıdırlar” deyə bildirib.