RU

Vasif Talıbovun oğlundan milyonluq həmlə: keçmiş xan dirilir? Açıqlama

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbovla bağlı yayılan xəbərlər ciddi rezonans doğurub. Belə ki, onun Gürcüstanda Qara dənizin sahilində yerləşən dəbdəbəli otelini yenidən aldığı yazılır. Məlumata görə, R.Talıbov əmlakı geri almaq üçün 8,6 milyon dollar ödəyib. Bu, səhmlərin alışı ilə bağlı ictimai sənəddə təsdiqlənib.

Bəzi ekspertlər sözügedən məsələni “Talıbov klanı “dirilir”, “Onlara kart-blanş verilir” kimi qiymətləndirirlər. Digərləri isə yayılan məlumatın sadəcə biznes xarakterli olduğunu vurğulayır.

Vasif Talıbovun oğlunun milyonluq otel alışı nəyi göstərir? Talıbov klanı həqiqətən də “dirçəlir?”

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz yayılan məlumatlar barədə araşdırma apardığı və iddiaların təsdiqlənmədiyini deyib:

“Vasif Talıbovdan müsadirə olunan əmlaklar hələ də öz alıcılarını gözləyir. Üstəlik, inanmıram ki, Rza Talıbov yenidən həmin əmlakları almaq eşqinə düşsün. Digər tərəfdən onun yerində kim olsa, bu məsələdə diqqət çəkməməyə çalışar. Bu, əlavə müzakirələrə şərait yaratmamaq, adının hallanmasına yol verməmək üçün lazımdır”.

Heydər Oğuz

Ekspert bildirib ki, son zamanlar Vasif Talıbov barəsində dezinformasiyalar çox yayılır:

“Görünür, vaxtilə onun rəqibləri olanlar Naxçıvanın keçmiş “xan”ını rahat buraxmaq istəmir, ictimai müzakirələrin mərkəzində olmasını arzulayırlar. Bu məqsədlə də istər yerli, istərsə də xarici mediada qalmaqallı uydurma xəbərlər yayımlayırlar. Fikrimcə, Vasif Talıbovun erası tamamilə bitib, klanın yenidən “dirilməsi” mümkün deyil”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
globalinfo.az

1Источники