RU

Kanadada “O olmasın, bu olsun” operettası səhnələşdirilib (FOTO)

Bakı. Trend:

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının140 illiyi çərçivəsində məşhur “O olmasın, bu olsun” operettasıKanadanın Toronto şəhərində tamaşaya qoyulub. AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,“Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı iləKanadada müasir üslubda ərsəyə gələn tamaşanın premyerasındaAzərbaycan icmasını və müxtəlif millətləri təmsil edən 300-dən çoxizləyici iştirak edib.

Komitədən Trend-ə verilən məlumata görə,“Təbriz”ansamblının milli və rəngarəng geyimli solistlərinin,rəqqaslarının, eləcə də musiqiçilərinin peşəkar çıxışları,vokalçıların əsrarəngiz səsləri alqışlarla qarşılanıb.

Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasınınbanisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan”operettasının Toronto şəhərində ilk dəfə təqdim olunması ideyasıTəbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının təsisçilərindən olanŞervin Şadpoura məxsusdur. O, layihəyə rəhbərlik etməklə yanaşı,musiqi və rejissorluq işlərini öz üzərinə götürüb.

Tamaşada rolları Rövşən Tağıoğlu (Məşədi İbad), Əməkdar artistHəsən Ənəmi (Sərvər), Şəhər Şərifian (Gülnaz), Məhəmməd Peyğəmbəri(Rüstəm bəy), Nasir Gözərçiyamin (hambal), Bəhzad Bolandi (Rzabəy), Vahid Əttari (Həsənqulu bəy), Məhəmməd Kəsbi (Qoçu Əsgər),Səid Şirazi (Məşədi Qəzənfər), Pərvin Razi (Sənəm) və Cavid İsmiyev(Həsən bəy) oynayıb.

“O olmasın, bu olsun” operettasının Torontoda səhnələşdirilməsidiasporumuzun mədəni uğuru olmaqla yanaşı, Kanadada yaşayanazərbaycanlıların istedadını və təşkilati bacarığını da nümayişetdirib.

Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Избранный
11
3
az.trend.az

4Источники