RU

"İt uşağı parça parça edib, özümə gələ bilmirəm" Tanınmış bloqer+VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Xırdalanda bir itin azyaşlı uşağı parçaladığı bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı bloqer Arifə Məmmədova sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, hadisəyə dair görüntülər izləyicilərindən biri tərəfindən ona göndərilib.

Ağlaya-ağlaya paylaşım edən bloqer bildirib ki, videonu izlədikdən sonra özünə gələ bilmir:

“Tüklərim biz-biz olub. O dərəcədə çox pisəm. Belə şeylərə çox həssasam. Xırdalanda itlər hədsiz dərəcədə çoxalıb. Həmin itlər bir uşağı parça-parça edib. Anası fəryad edirdi. İstəyənlərə həmin videonu göndərə bilərəm”.

Bloqer həmçinin aidiyyəti qurumları küçə itlərinin yığışdırılmasına çağırıb:

“Küçə heyvanlarına diqqət olunsun. Mən heyvanlara qarşı çox həssasam, amma uşağı elə günə qoyublar ki, özümə gələ bilmirəm. Uşağın üzü-gözü çox bərbad vəziyyətdədir. Mənə izləyicilərim atıblar ki, xahiş edirik, bunu işıqlandırın. Mənim də uşaqlarımın dayəsi gecə evinə gedəndə deyir ki, yollarda dəhşətli dərəcədə çox itlər var, adamın üstünə cumurlar, nəzarət edən yoxdur. Lazımi qurumlardan xahiş edirəm, bu heyvanları küçələrdən yığışdırsınlar. Cumurlar adamların üstünə, onlar da bilmirlər nə etsinlər. Bir çoxları çarəsizdir. Zibilliklər də aşıb-daşır, tez-tez yığışdırmırlar, itlər də zibilliklərin yanına toplaşır. Buna da nəzarət olunsun”.

Lalə Novruz, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
1
www.bakupost.az

2Источники