RU

Tanınmış azərbaycanlı şair İranda edama məhkum edildi

İran Ali Məhkəməsi tanınmış şair və ictimai fəal Peyman Əmin Fərəhavərin barəsində çıxarılan edam hökmünü təsdiq edib.

MilliYol.az kult.az-a istinadla xəbər verir ki, bu haqda onun vəkili Ramin Səfərniya məlumat yayıb.

Məlumata görə, şair silahlı üsyan və “müharibə”də (Allaha qarşı müharibə) günahlandırılıb.

İnsan haqları təşkilatları 10 yaşlı uşaq atası olan şairin etiraz aksiyaları, sosial ədalət və vətəndaş hüquqlarına dair şeirlər yazıb yaydığına görə şərləndiyini bildirib.

Qeyd edək ki, təhlükəsizlik məmurları bu ilin aprel ayında Peyman Əmin Fərəhavəri həbs edib, istintaq təcridxanasında dindirdikdən sonra Rəşt şəhərinin Lakan həbsxanasına köçürüblər.

Избранный
3
6
milliyol.az

7Источники