RU

Zelenski Rusiya ilə müharibə bitdikdən sonra istefa verməyə hazır olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib.

“Report”un məlumatına görə, o, bu barədə “Axios” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibə bitsə, növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil. Zelenski atəşkəs əldə olunacağı təqdirdə Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib.

“Ruslarla müharibəyə son versək, bəli, seçkilərə qatılmamağa hazıram. Məqsədim bu deyildi. Mən həqiqətən də bu çətin dövrdə ölkəmin yanında olmaq, ölkəmə kömək etmək istəyirdim. Bəli, həmişə istədiyim bu idi. Məqsədim müharibəni bitirməkdir”, – Zelenski bildirib.

O ukraynalıların terrorçu olmadığını və mülki insanlara hücum etmək niyyətində olmadığını vurğulayaraq Ukraynanın ABŞ-nin verdiyi uzaqmənzilli silahlardan təyinatı üzrə istifadə etdiyini əlavə edib. Zelenski həmçinin qeyd edib ki, Ukraynaya qarşı qəzəb başa düşüləndir – müharibəni Rusiya başladıb və dinc əhalinin ölümünə görə onlar məsuliyyət daşıyır.

“Xalqımız başa düşür ki, mülki şəxslərə hücum etmək lazım deyil”, – deyə o, Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələri şərh edərkən qeyd edib.

Zelenski Moskvaya zərbə endirmək ehtimalına da işarə edərək, “Kreml işçilərinə” ən yaxın bomba sığınacaqları tapmağı tövsiyə edib. “İlk növbədə, onlar bomba sığınacaqlarının harada olduğunu bilməlidirlər. Əgər müharibəni dayandırmasalar, onlara ehtiyac duyacaqlar”, – Ukrayna lideri söyləyib.

Избранный
8
3
banker.az

4Источники