RU

Bakıda məşhur şirkətin 3 əməkdaşı saxlanıldı

Xəbər verdiyimiz kimi, "Avant Group" MTK gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozub. Sakinlər bununla bağlı paylaşım edərək narazılıqlarını dilə gətiriblər.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində qazıntı işlərini aparanlar artıq müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qazıntı işlərinin 3 icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, "Avant Group" bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi. Həmin cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.

Избранный
1
17
musavat.com

10Источники