RU

İtaliya Qəzzaya yardım çatdıran qlobal flotillanı müşayiət etmək üçün daha bir hərbi gəmi göndərib

Roma, 25 sentyabr, AZƏRTAC

İtaliya Qəzzaya humanitar yardım çatdırmaq üçün yola düşən və ötən gün pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan qlobal flotillanı müşayiət etmək üçün ikinci hərbi gəmi göndərib.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

“Bir gəmi göndərilib, digəri isə yoldadır, hər ehtimala hazırdır”, - deyə nazir qeyd edib.

Quido Krosetto PUA-ların gəmilərə hücumlarının qəbuledilməz olduğunu deyib, donanmada hər hansı insidentin qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini və vəziyyətin həyəcanverici olduğunu bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
96
19
azertag.az

10Источники