RU

Sarkozi haqda yekun qərar verildi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransanın keçmiş prezidenti Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.

Globalinfo.az xəbər verrir ki, bu barədə BFMTV məlumat yayıb.

“Paris məhkəməsi onu 2007-ci il seçki kampaniyasını  Liviyadan gələn vəsaitlə qanunsuz olaraq maliyyələşdirməkdə ittiham edib.

Müstəntiqlərin fikrincə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ilə beynəlxalq səhnədə siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almaq barədə razılığa gəlib”, – deyə bildirilib.

Qeyd edək ki, keçmiş prezident korrupsiyada, seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviya dövlətinin vəsaitlərini gizlətməkdə ittiham olunurdu.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
globalinfo.az

1Источники