RU

“Son illər ölkəmizdə şaxələndirilmiş qeyri-neft sektoru inkişaf edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin apardığı iqtisadi siyasətinin prioritetidir. Çünki neftin bazarı dəyişkəndir və bu da iqtisadiyyatın dayanıqlı olmasını çətinləşdirir. Ona görə də qeyri-neft sektorun inkişafı məqsədilə bir sıra dövlət proqramları icra olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, sənaye parkları, sənaye məhəllələri və aqroparklar yaradılmış və bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə böyük vergi güzəştləri və azadolmalar verilmişdir: “Həm də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində dəstək proqramları həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizdə şaxələndirilmiş qeyri-neft sektoru inkişaf edir. Amma bu tədbirlərin kifayət olmadığını hesab edirəm. Çünki, regionlarda sənaye müəssisələrin tikilməsinə ehtiyac var. Bu baxımdan regionlarda sənaye müəsiələrin açılması ilə bağlı stimullaşdırıcı tədbirlərinin həyata keçirilməli olduğunu hesab edirəm. Xüsusilə hər bir regionun öz xüsusiyyətinə uyğun müəssisələr tikilməlidir. Məsələn, meyvə və tərəvəzçiliyin inkişaf etdiyi rayonlarda emal müəssisələri, pambıqçılıqla məşğul olan rayonlarda iplik və trikotaj fabrikləri, Bakıda məişət texnikaları və texnoloji avadanlıqları istehsal edilən zavodlar və s. tikilməlidir. Maşınqayırma sənayesi inkişaf etməlidir. Yəni bütün bu sahələrin inkişaf etdirilməsi üçün potensialımız çox böyükdür. Sənayeləşməni dərinləşdirmədən iqtisadiyyatın neftdən asıllığını aradan qaldırmaq qeyri-mümükündür. Ona görə də Azərbaycan neft-qaz və aqrar respublikası olmasına baxmayaraq həm də sənaye respublikasına çevrilməlidir”.

Müəllif: Səbinə Hüseynli
Избранный
7
1
sia.az

2Источники