1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Laçının Ağcakənd kəndində məskunlaşan yeganə ailə - Əmirovlar Baku TV-yə müsahibə veriblər.
Doğma yurduna illərlə həsrət qaldığını söyləyən Mirağa Əmirov indi sevincinin həddi-hüdudu olmadığını bildirir.
"30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım. Amma özümü elə 30 yaşımda hiss edirəm. Ata yurduma gətirdiyim təsərrüfatımı genişləndirəcəyəm", - deyə sakin söyləyib.
Şənhəyat Əmirova isə Laçından çıxmalı olduqları günü xatırlayıb:
"Buradan çox pis vəziyyətdə getdik. Üç uşağımızı və onların paltarlarını götürüb ağlaya-ağlaya çıxdıq. İndi öz torpağımıza qayıtmışıq, çox sevincliyəm".
Ətraflı süjetdə: