RU

Əfsanə 45 yaşında evlənir: Toy nağıllardakı kimi olacaq

45 yaşlı əfsanəvi amerikalı tennisçi Vinas Uilyams ilk dəfə ailə qurmağa hazırlaşır.

Publlika.az xəbər verir ki, onun italiyalı aktyor və model Andrea Preti ilə toy mərasimi Neapol körfəzində yerləşən İskya adasında keçiriləcək.

"Ansa" nəşrinin məlumatına görə, şənliklər nağılı xatırladan bir məkanda, inanılmaz panoramik mənzərələri olan qayalıqlardakı "Punta İmperatore" mayakında baş tutacaq. Ora yalnız seçilmiş qonaqlar dar daş cığırla 155 pilləkəni qalxdıqdan sonra çata biləcəklər.

And içmə mərasimindən sonra bayram yeni açılmış "Lisola" restoranında davam edəcək. Məkan cütlüyün məxfiliyini təmin etmək üçün ciddi şəkildə qorunacaq.

Venus

Mərasimdə idman və şou-biznes ulduzlarının iştirak edəcəyi gözlənilir, amma dəvətlilərin siyahısı hələlik açıqlanmır.

Избранный
12
publika.az

1Источники