RU

"Arsenal" fransalı futbolçu ilə müqaviləni yeniləyəcək

BAKI, 25 sentyabr. TELEQRAF

İngiltərənin "Arsenal" klubu futbolçusu Uilyam Salibanın müqaviləsini yeniləyəcək.

Teleqraf "The Athetic"ə istinadən xəbər verir ki, London təmsilçisi 24 yaşlı müdafiəçi ilə uzunmüddətli sözləşmənin şərtlərini razılaşdırıb.

Fransalı oyunçunun "topçular"la hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Uilyam Saliba 2019-cu ildən "Arsenal"da çıxış edir. O, Fransa milli komandasının da üzvüdür.

Избранный
17
teleqraf.com

1Источники