Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 11 milyon 217 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 201 min dollar və ya 59,9% çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 7 milyon 16 min dollara bərabər olub.
Qeyd edək ki, birinci yarımildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,7% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!