Dünya şöhrətli bədii gimnast, Tokio-2020 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Linoy Aşram Bakıya gəlir.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Aşram bədii gimnastika üzrə “Winter Fairytale” beynəlxalq turnirinin ardınca gimnastlara xüsusi ustad dərsi keçəcək.

Tədbir 7 dekabr tarixində Milli Gimnastika Arenasında baş tutacaq.