RU

İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant

Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant

Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant

Ağayev Vüsal Mirzağa oğlu – kapitan

Mövlamov Füzuli Saleh oğlu – kapitan

Musayev Mirvahid Mirələm oğlu – kapitan

Şaliyev Şahin Eldar oğlu – kapitan

Əliyeva Məsumə Teymur qızı – baş leytenant.


Избранный
41
47
news24.az

10Источники