RU

İtaliyada turistlər itlərə görə vergi ödəyəcək

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliyanın Bolzano şəhəri 2026-cı ildən etibarən turistlərin gətirdiyi itlərə gündəlik 1,5 avro vergi tətbiq edəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar turizmin həddindən artıq yaratdığı təzyiqi azaltmaq, küçələrin təmizlənməsi və yeni it parklarının maliyyələşdirilməsi məqsədi daşıyır.

Qaydaya əsasən, şəhərdə yaşayan it sahibləri hər il 100 avro vergi ödəyəcək, turistlərdən isə gündə təxminən 2 dollar vergi tutulacaq.

“Bu ədalətli bir qərardır. Çünki bu, yalnız it sahiblərinə təsir göstərir. Əks halda, səkilərin təmizlənməsi bütün cəmiyyət üçün bir yük olardı. Bununla belə, küçələrimizdəki yeganə çirklənmə it tullantılarıdır”, - deyə tənzimləməni təqdim edən Bolzano Əyalət Şurasının üzvü Luis Valçer deyib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
525.az

1Источники